Menu

"Soros bəşəriyyətə nifrət edir" - İlon Mask

16.05.2023, 14:06
"Soros bəşəriyyətə nifrət edir" - İlon Mask

Sorosun niyyəti yaxşı deyil, o, bəşəriyyətə nifrət edir.

APA xəbər verir ki, bunu “SpaceX” və “Tesla”nın CEO-su İlon Mask Tvitter paylaşımında qeyd edib.

Mask bu gün “Soros mənə Maqnetonu (“X-Men” qrupunu məhv etməyə çalışan pis niyyətli Marvel qəhrəmanı) xatırladır” - deyə paylaşım edib. Paylaşımın rəy bölməsində Sorosun müdafiəsinə qalxanlara cavabında Mask Sorosun sivilizasiyanı məhv etməyə çalışdığını vurğulayıb.

“Siz elə güman edirsiniz ki, onlar yaxşı niyyətlidirlər, lakin deyillər. O, sivilizasiyanın eroziyasını istəyir. Soros bəşəriyyətə nifrət edir”, - Mask qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol