Menu

Ermənistana göndərilən konteynerlərdə tonlarla kokain aşkar edildi - FOTO/VİDEO

16.05.2023, 15:27
Ermənistana göndərilən konteynerlərdə tonlarla kokain aşkar edildi - FOTO/VİDEO

İtaliyanın cənubundakı Gioia Tauro limanında 2,7 ton kokain müsadirə edilib.

“AzPolitika.info” xəbər verir ki, İtaliya polisi və gömrük işçiləri Ekvadordan Ermənistana gedən iki konteynerdə axtarış aparıblar.

Narkotik qrupları tərəfindən aparılan axtarışlar nəticəsində 12 metrdən uzun soyuducu qablarda daşınan banan məhsulunun arasında 2,7 ton kokain gizlədildiyi aşkar edilib.

Müsadirə edilən narkotik maddənin dəyərinin 800 milyon avrodan çox olduğu bildirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol