Tayvan hərbçiləri Çin yaxınlığındakı dəniz cəbhə adalarından birində Çin istehsalı olduğu ehtimal edilən hava balonunun qalıqlarını aşkar edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Tayvan Ordusunun Çinin cənub-qərbi yaxınlığındakı Matsu arxipelaqının mühafizəsinə cavabdeh olan Matsu Müdafiə Komandanlığı (MMK) mətbuat açıqlamasında bildirib. MMK əlavə edib ki, onun Juquan Müdafiə Qrupu iki gün əvvəl patrul xidməti zamanı düşərgəsindən kənarda bir yolda şübhəli hava balonunun qalıqlarını tapıb.
Xəbərə görə, şübhəli bilinən şarın üzərində “Şanxay Çanq Vanq Meteoroloji Texnologiya Şirkəti” və “GTS12 rəqəmsal radiozondu” (“Shanghai Chang Wang Meteorological Technology Company” , “GTS12 digital radiosonde”) üçün sadələşdirilmiş Çin hərfləri yazılıb.
“Focus Taiwan” xəbər verir ki, Çin sadələşdirilmiş Çin simvollarından, Tayvan isə mürəkkəb və ya ənənəvi Çin simvollarından istifadə edir. İlkin araşdırma nəticəsində qalıqların şübhəli hava şarına aid olduğu qənaətinə gəlinib. Tayvan ordusu qalıqları araşdırmağa və hərbi bazalar ətrafındakı hərəkətləri yaxından izləmək üçün patrulunu gücləndirməyə davam etməyi planlaşdırır.
Komandanlıq tapıntılarla bağlı dəqiq yeri və vaxtı açıqlamayıb. Juquan Müdafiə Komandası Juquan qəsəbəsinin iki adasını - Donqju adasını və Xiju adasını qorumaq üçün məsuliyyət daşıyır. Qəsəbə Çinin Fujian əyalətindən 10 kilometrdən az məsafədə yerləşir.
Fevralın əvvəlində Tayvan hərbçiləri iddia edilən Çin hava şarının oxşar qalıqlarını tapmışdı.
Fevralın 4-də ABŞ tərəfindən Amerika hava məkanında şübhəli bir Çin casus şarının aşkar edilərək vurulmasından sonra iddia edilən Çin şar proqramları beynəlxalq ictimaiyyətin diqqətini çəkib. İnsident ABŞ dövlət katibi Entoni Blinkenlə diplomatik mübahisə ilə nəticələnib və səfərini təxirə salıb. Bununla belə, Çin hava şarının casusluq üçün istifadə edilmədiyini və onun meteoroloji tədqiqatlar üçün istifadə edilən mülki dirijabl olduğunu və kursdan uçduğunu bildirib.
“AzPolitika.info”


Şərhlər