“Vladimir Putinlə danışmağın mənası yoxdur. Çünki o, qeyri-adekvat insandır və məğlub olmasa, yenidən Ukraynaya hücum edəcək”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski İtaliya mətbuatına müsahibəsində bildirib.
“O, kimlə danışmaq istəyir? Heç nə istəmir. Onun üçün zarafatdır. Rusiya indi zəiflədiyini görəndə bütün dövlətləri sakitləşdirmək üçün nəsə axtarır. Bu diplomatik bir addımdır. İnanın ki, o məğlub olmasa bir ildən sonra bizi öldürmək üçün yeni bir işğalla gələcək”, - Zelenski deyib.
“AzPolitika.info”


Şərhlər