Menu

Hesablama Palatasına Aparat rəhbəri təyin olunub

16.05.2023, 18:30
Hesablama Palatasına Aparat rəhbəri təyin olunub

Hesablama Palatasına yeni Aparat rəhbəri təyin edilib.

“Report” xəbər verir ki, bu vəzifə Tamerlan Yusifzadəyə həvalə olunub.

Qeyd edək ki, T.Yusifzadə bundan öncə Palatada Dövlət büdcəsi və strateji təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb.

Yanvar ayından bu vəzifə vakantdır. Daha öncə Palatanın Aparat rəhbəri Vüqar İbrahimov olub. O, bu ilin yanvar ayında Hesablama Palatasının auditoru vəzifəsinə təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol