Menu

Ermənistanın dövlət büdcəsindən 1,5 milyon dollar mənimsəyənlər həbs edilib

16.05.2023, 23:41
Ermənistanın dövlət büdcəsindən 1,5 milyon dollar mənimsəyənlər həbs edilib

Ermənistan məhkəməsi saxta sxemlərlə dövlət büdcəsindən 558 milyon 200 min dram (indiki məzənnə ilə demək olar, 1,5 milyon dollar-red) mənimsəyən iki vətəndaşını həbs edib.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Prokurorluğun mətbuat xidmətini məlumatına görə, vətəndaşlar: Q.N. və X.K. 2022-ci ilin iyun-iyul aylarında hüquqi əhəmiyyət kəsb edən rəsmi sənədləri saxtalaşdıraraq, saxta möhürlər vuraraq həmin məbləği dələduzluq yolu ilə mənimsəməklə pulları əvvəlcədən yaradılmış şirkətlərin bank hesablarına keçirib, sonra nağdlaşdırıblar.

Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxslər saxlanılıb və məhkəmənin qərarı ilə həbs ediliblər. Cinayət işi ittiham aktı ilə birlikdə məhkəməyə təqdim edilib.

Şərhlər

Eliheyder Qarayev 2023-05-17 00:48:58

bunlar lap dilencidirler ki, qepik qurusa gore adam tutarlar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol