Menu

YSK sədri Türkiyədə seçkilərdə pozuntulara dair iddiaları əsassız adlandırıb

17.05.2023, 16:38
YSK sədri Türkiyədə seçkilərdə pozuntulara dair iddiaları əsassız adlandırıb

Seçkilərdə səslərin hesablanması prosesi zamanı pozuntulara dair iddialar əsassızdır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, nəticələrin hesablanması və açıqlanması zaman siyasi partiyaların təmsilçiləri iştirak edib, bütün proses şəffaf şəkildə aparılıb.

Ahmet Yener, həmçinin əlavə edib ki, YSK-ya daxil olan bütün şikayətlərə baxılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol