"Ali təhsil sistemi biz istəsək də, istəməsək də dəyişməlidir. Bu sahədə ciddi islahatlar aparılmalıdır".
APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev “Ali Təhsildə Keyfiyyət Təminatı və Keyfiyyətin Gücləndirilməsi” mövzusunda Beynəlxalq Forumda çıxışı zamanı deyib.
O bildirib ki, ali təhsil sistemində konservativ və klassik yanaşmalardan bəzi hallarda uzaqlaşmaq lazımdır.
"Ali təhsil müəssisələrimizə çevik qərarların qəbul edilməsi üçün mexanizmlər təklif olunmalıdır. Düşünürəm ki, yaxın zamanlarda bu sahədə islahatlar aparılacaq. Ali təhsil müəssisələrimiz ilk növbədə təhsilin keyfiyyətinin artırılması istiqamətində öz fəaliyyətlərini daha düzgün formada qura biləcəklər" - deyə o qeyd edib.

Şərhlər
İslahatları AĞILLI MƏMUR ÖZÜNDƏN BAŞLASA ALLAHA XOŞ GEDƏR. İSLAHATLAR YUXARIDAN AŞAĞIYADƏK APARILSA NAZİRLİKDƏ, TƏHSİL İDARƏLƏRİNDƏ VƏ MƏKTƏLƏRDƏ PEDAQOJİ TƏCRÜBƏSİ OLAN, ŞAGİRD NÜFUZUNU QAZANAN MÜƏLLİMLƏR İDARƏÇİLİYƏ GƏTİRİLMƏDƏN UĞUR QAZANMAQ MÜMKÜN DEYİL. O ZAMAN ADAMI OLUB , SAVADI VƏ NÜFUZU OLMAYANLARDAN XALQIN CANI QRTULAR.
selim muslumovun kadri onun komandasinin feal uzvu