Menu

“Rusiya müharibə taktikasını dəyişib” – Ukraynanın hava hücumundan müdafiəsinin uğuru açıqlandı

18.05.2023, 11:47
“Rusiya müharibə taktikasını dəyişib” – Ukraynanın hava hücumundan müdafiəsinin uğuru açıqlandı

“Bu yaxınlarda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) internetə sızdırılan məxfi məlumatlarında Ukraynanın hərbi ehtiyatlarının sürətlə tükəndiyi qeyd olunurdu. Bəzi ekspertlər hesab edirlər ki, son günlər Rusiyanın Ukraynaya ardıcıl raket hücumları əslində “təmizləmə taktikası”dır. Moskva taktiki dəyişikliyə gedərək, Ukraynanın hərbi ehtiyatlarını tükəndirməyə çalışır”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “CNN” nəşrində dərc olunan “Rusiya taktikasını dəyişib, Ukrayna hava hücumundan müdafiə sistemlərinin sirri budur” başlıqlı məqalədə bildirilir.

Məqalədə qeyd olunur ki, son vaxtlar əksər hərbi analitiklər, hətta ABŞ rəsmiləri də Ukraynanın hava hücumundan müdafiəsinə şübhə ilə yanaşırdılar. Bu narahatlıqlar fonunda Ukraynanın 84 raket hücumunun qarşısnı aldığı, üstəlik Rusiyanın “Kinjal” raketini məhv etdiyi bildirilir.

“CNN”-ə görə, bu uğurun səbəbi ABŞ və Almaniyanın Ukraynaya verdiyi “Patriot” hava hücumundan müdafiə sistemləri ilə bağlıdır.

““Patriot” müdafiə sistemi ABŞ-da ən effektiv hava hücumundan müdafiə sistemi hesab olunur. Patriot raketləri yüksək və orta hündürlükdə uçan təyyarələri, qanadlı raketləri və bəzi ballistik raketləri vura bilir”,-məqalədə bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol