Menu

“Əks-hücum dezinformasiyadır...” - “Qərb tərəfləri qırğına verməyə çalışır”

18.05.2023, 17:07
“Əks-hücum dezinformasiyadır...” - “Qərb tərəfləri qırğına verməyə çalışır”

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanın gözlənilən əks-hücumu barədə deyilənlərə inanmadığını bildirib və tərəflərin danışıqlar masası arxasına oturmasının vacibliyini qeyd edib.

“AzPolitika.info” Belarusun “Belta” Dövlət Agentliyinə istinadla xəbər verir ki, Lukaşenko əks-hücum bəyanatlarının dezinformasiya olduğunu düşünür: “İndi çoxları “əks-hücum, əks-hücum” deyir. İstənilən döyüşdə dezinformasiya çox təhlükəlidir... Deməliyəm ki, ən böyük dezinformasiya “əks-hücumdur”. Mənim nöqteyi-nəzərimə görə, heç bir “əks-hücum” yoxdur və ola da bilməz. Bu, ağılsızlıqdır. Cəbhədə texnika və canlı qüvvə sarıdan birin beşinə nisbətində döyüşmək – bu, sadəcə ağılsızlıqdır!”

Lukaşenko deyib ki, Qərb bilərəkdən “əks-hücum” barədə söhbətləri qızışdırır və tərəfləri qırğına verməyə çalışır. Onun fikrincə, Ukrayna və Rusiya öncədən heç bir şərt irəli sürmədən danışıqlara başlamalıdırlar.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol