Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui ilə görüşdə Ukraynanın müharibənin dondurulması ilə bağlı heç bir təklifi qəbul etməyəcəyini bildirib.
“AzPolitika.info” xəbər verir ki, Kuleba Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanan davamlı və ədalətli sülhün bərpası prinsipləri haqda Lini ətraflı məlumatlandırıb. XİN başçısı görüş zamanı Ukraynanın sülh formulu, Qara Dəniz taxılı, nüvə təhlükəsizliyinin təmin edilməsi və digər mühüm beynəlxalq səylərin həyata keçirilməsində Çinin iştirakının vacibliyini diqqətə çatdırıb.
“AzPolitika.info”


Şərhlər
Yazıq olmuşsunuz,ay Ukraynalılar.ABŞ-a inandınız ki sizi NATO-ya qəbul edəcək,siz də inanıb Rusiyaya qarşı çıxdınız,nəticədə Rusiya sizə hücum etdi.Noldu,qəbul etdilərmi sizi NATO-ya?Gürcüstana da vəd etmişdilər NATO üzvlüyünü.Noldu,qəbul etdilərmi Gürcüstanı NATO-ya?Rusiya Abxaziya və Osetiyanı udan kimi sivişib aradan çıxdılar,heç bu gün Gürcüstanı xəyallarına da gətirmirlər,həmin o sevimli Saakaşvili isə türmədə can çəkişir,birisinin vecinə də deyil.Budur,ABŞ və Avropa artıq savaşı durdurmaq istəyir,amma siz onlara valeh olmusunuz deyə eyforiyadasınız,deyirsiniz xeyr,biz sonuna qədər gedəcəyik.A balam,ABŞ və Avropa sizə silah və pul verməzsə necə gedəcəksiniz sonuna qədər?Siz onlara qarşı getsəniz sizi aşırıb yerinizə başqaslarını,sözəbaxanlarını gətirəcəklər və sizi də hələ o yenilərinin əliylə mühakimə edəcəklər,necə ki Saakaşvili mühakimə edilir.Bilin və agah olun:ABŞ üçün ən üstün xalq ABŞ xalqıdır,bütün digər xalqlar ikinci sortdur.Faşizmə guya ki nifrət edən ən qüdrətli dövlətin bu gün gəldiyi halı budur,faşizmdir yəni.Protestantizm nəinki digər dünya dinlərindən,hətta xristianlığın digər qolları olan pravoslavlıq və katoliklikdən də üstündür ABŞ üçün.Nə qədər gec deyil Rusiya ilə razılığa gəlin,ABŞ-dan və Avropadan sizə yar olmaz.