Menu

“UKRAYNAYA DƏSTƏYİMİZ SARSILMAZDIR” – Dünya liderlərindən Putinə yeni mesaj

19.05.2023, 10:50
“UKRAYNAYA DƏSTƏYİMİZ SARSILMAZDIR” – Dünya liderlərindən Putinə yeni mesaj

“Dünya liderlərinin Ukraynaya dəstək qərarlılılğı sarsılmazdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak bu gün işə başlayan “Böyük yeddiliyin” Yaponiyada keçirilən sammitində deyib.

Rişi Sunak “G7” liderlərinin adından Vladimir Putinə ünvanlanan mesajda bildirib ki, onlar Rusiya işğalına qarşı mübarizə aparan Ukraynanı tək buraxmayacaqlar və dəstəklərini davam etdirəcəklər: “Rusiya bilməlidir ki, bizim və digər ölkələrin Ukraynanı özünü müdafiə etmək üçün təkcə indi və burada yox, uzaq perspektivdə də lazımi resurslarla dəstəkləmək qərarı sarsılmazdır”.

Qeyd edək ki, sammitə “G7” ölkələri başçıları ilə yanaşı Avropa İttifaqına üzv ölkələrin, eləcə də Hindistan, İndoneziya, Avstraliya, Cənubi Koreya və digər dövlətlərin başçıları dəvət olunub. Həmçinin, Ukrayna Prezidenti Volodimir Zelenskinin də sammitə qatılacağı gözlənilir. Rusiya və Çin tədbirə dəvət olunmayıb. 

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol