ABŞ "F-16" qırıcılarının Ukraynaya təhvil verilməsinə mane olmayacaq.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “CNN” nəşri şəxsi mənbələrinə istinadla məlumat yayıb.
Nəşr bildirir ki, müttəfiqlər, xüsusən də Hollandiya təyyarələrin ixracına razılaşarsa, o zaman ABŞ buna icazə verəcək.
Xəbərdə indiyədək Bayden administrasiyasına rəsmi müraciətin olmadığı, Ukraynaya qırıcı təyyarələrin birbaşa çatdırılması məsələsinin gələcək imkanlar kimi nəzərdən keçirildiyi qeyd olunub.
“AzPolitika.info”


Şərhlər