"QARABAĞDAN ÇIXA BİLMİRƏM..." - “Mən olan vertolyotu vuracaqlar” (VİDEO)

Rusiyanın Xankəndinə göndərdiyi emissarı, qondarma separatçı qurumun sabiq “dövlət naziri”, milyarder Ruben Vardanyan Rusiya internet kanallarından birinə müsahibəsində düşdüyü vəziyyəti açıqlayaraq, “ağlaşma qurub”.

“AzPolitika.info” xəbər verir ki, erməni milyarder Qarabağın ərazisini tərk edə bilmədiyini deyib. Dolayısı ilə Rusiya sülhməramlılarından gileylənən Kremlin emissarı Azərbaycanın Laçın yolunda quraşdırdığı nəzarət-buraxılış məntəqəsindən gileylənib.

Vardanyan Qarabağı tərk etmək istəsə, guya onun həyatına ciddi təhlükə yaranacağını iddia edib. Jurnalist ona “sizin pulunuz var, vertolyot çağırıb uça bilərsiniz” deyib. Vardanyan isə bunun mümkün olmadığını bildirib: “Yox. Bu, mümkün deyil. O vertolyotu vuracaqlar, çünki bu, Azərbaycanın ərazisidir. Heç Rusiya sülhməramlıları uça bilmirlər. Sülhməramlıların vertolyotunu belə azərbaycanlılar yoxlayırlar ki, bu vertolyotdan ermənilər istifadə etməsin. Onlar deyirlər ki, sülhməramlıların vertolyotlarından yalnız rusiyalı hərbçilər istifadə edə bilərlər. Quru yolda isə ancaq Azərbaycanın pasport nəzarətindən keçməlisən...”

Buna baxmayaraq, Vardanyan iddia edib ki, hələ də hansısa gizli yollarla Qarabağdakı ermənilər Ermənistana keçib, geri qayıda bilirlər: “Müxtəlif gizli üsullarla hansısa sayda adamlar harasa çıxıb, qayıda bilərlər, amma ümumilikdə tam təcrid vəziyyətidir... Mən öz ailəmi 6 aydır ki, görmürəm”.

Vardanyan deyib ki, onun Qarabağı tərk etmək və geri qayıtmaq imkanı yoxdur. Ona görə də Qarabağda qalmaq və “fəaliyyətini” davam etdirmək fikrindədir.

Göründüyü kimi, Kremlin sifarişini yerinə yetirən bu təxribatçı və fırıldaqçı növbəti dəfə guya ermənilərin Laçın yolundan istifadə edə bilmədiyi, əhalinin blokadada yaşadığı barədə yalanlar danışır. Hansı ki, Azərbaycanın qanuni nəzarət-buraxılış məntəqəsindən keçən ermənilərin hərəkəti ilə bağlı çoxsaylı videogörüntülər var. 

Vardanyanın özünə gəlincə, onun Qarabağı tərk etməsinə çətin ki, kimsə mane ola. Ancaq Azərbaycanı tərk edəndən sonra Kremlin qulbeçəsi olan Vardanyan üçün yenidən Qarabağa - geriyə yolun bağlı olduğu şübhəsizdir.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2023-05-19 14:00:26

Qazax aşıqları demişken “Çezdin ay Çiçek.”İndi Vardanyanın muxakeçme emeliyyatı başlayacaq ve rys “Sülhmeramlıları” on kömek ede bilmeyecekler. ne

Roma 2023-05-19 13:26:03

Sənin Qarabağda nə ölümün var ay YEKƏBAŞ??? siçan siçanlığıynan girdiyi deşiydən çıxa bilir, gör sən necə murdar məxluqsan ki, siçan qədər də yoxsan...

Son yazılar