Menu

“Rusiya Ukraynanı yenicə istehsal etdiyi raketlərlə vurur” - Ukrayna kəşfiyyatı

19.05.2023, 16:03
“Rusiya Ukraynanı yenicə istehsal etdiyi raketlərlə vurur” - Ukrayna kəşfiyyatı

Son günlər Ukraynanın gözlənilən əks-hücum əməliyyatının qarşısını almaq üçün Rusiya başda paytaxt kiyev olmaqla, Ukrayna şəhərlərini intensiv raket atəşinə tutur.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Ukrayna kəşfiyyatı Rusiyanın son günlər atdığı raketlərin istehsalı ilə bağlı maraqlı statistika açıqlayıb. 

Ukrayna hərbi kəşfiyyatı rəisinin müavini, general Vadim Skibitskiy Ukrayna mətbuatına açıqlamasında deyib ki, Rusiyanın raket ehtiyatı tükənsə də, işğalçı dövlət Qərb sanksiyalarının lazımınca işləməməsi səbəbindən öz raket istehsalını müəyyən dərəcədə dfavam etdirə bilir.

Onun dediyinə görə, son dövrlər Ukraynaya atılan raketlərlə bağlı araşdırmalar göstərir ki, bu raketlərin böyük əksəriyyəti yenicə - bu ilin birinci kvartalında istehsal olunub: “Onlar azı ayda iki dəfə işğal olunmuş Krıma “Kalibr” gətirirlər. İndi rusiyalılar ayda 25 ədəd “Kalibr”, 35 ədəd “X-101”, 2 ədəd ”Kinjal”, 5 ədəd “İskəndər-M” istehsal edə bilirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol