Menu

“Günay Bank”ın əmək haqqı kartlarındakı pulların taleyi necə olacaq? – İqtisadçı aydınlıq gətirdi

19.05.2023, 16:32
“Günay Bank”ın əmək haqqı kartlarındakı pulların taleyi necə olacaq? – İqtisadçı aydınlıq gətirdi

Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Günay Bank"da olan əmək haqqı və plastik kartlardakı pulların taleyi necə olacaq?

Qeyd edək ki, bank müştəriləri sosial şəbəkələrdə vəsaitlərinin aqibətindən narahatlıqlarını bildirirlər.

İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, həmin vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ediləcək.

“Bu baxımdan, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödəniləcək. Belə ki, fiziki şəxslərin kartlarında olan vəsaitlər ləqvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara odənilir. Bunun üçün ləqvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir. Prosesə yaxın zamanlarda start veriləcəyi gözlənilir”, - iqtisadçı əlavə edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol