Dövlət Gömrük Komitəsi bu ilin birinci rübünün yekunları ilə bağlı statistik göstəriciləri açıqlayıb.
“AzPolitika.info” xəbər verir ki, ilk 4 ayda qeyri-neft ixracının 23% və ya 222 mln. dollar artdığı qeyd olunub.
İqtisadçı Rövşən Ağayev bildirir ki, ixracın əmtəə strukturuna baxdıqda, bu artımın əsasən elektrik enerjisi ixracı hesabına baş verdiyi görünür.
“Bu məhsul üzrə ixrac 9.5 dəfə artaraq 33 mln. dollardan 313 mln. dollara çatıb”, - o əlavə edib.
Ekspert bildiri ki, elektrik enerjisi ixracının ümumi qeyri-neft ixracında xüsusi çəkisi 3,4%-dən 26%-ə yüksəlib.
“Təbii qaz hesabına alınan enerji məhsulunu qeyri-neft-qaz məshulu kateqoriyasına aid etmək və bunun sayəsində qeyri-neft ixracında yüksək artımı göstərmək bir ayrı mövzudur”, - iqtisadçı vurğulayıb.
Digər məhsulların ixracında durum necədir?
R.Ağayev bildirib ki, meyvə-tərəvəzi ixracı 1.5 mln. dollar azalma ilə 161 mln. dollara, metal ixracı 148 mln. dollardan 105 mln. dollara, kimya sənayesi məhsullaının ixracı 129 mln. dollardan 90 mln. dollara, pambıq ixracı 121 mln. dollardan 52 mln. dollara enib.
Ekspert qeyd edib ki, içki ixracı artaraq 3.1 mln. dollardan 20 mln. dollara, çatıb, plastmas ixracında da yüksəliş var - 140 mln. dollardan 160 mln. dollara çatıb.
Rasim
“AzPolitika.info”


Şərhlər
Marketlər xaricdən gətirilən meyvələlə dolub.Bu zamn biz xaricə hansı meyvələi göndərirk? İdxalla ixrac balansı necədir?
Zülmlə pambıq yetisdir bəhrəsini özgələr görsün. . Sintetik getməkdən millətin cani kauçuka donub
Pambığ ixrac etmək yox.ölkədə emalını təşkil etmək vacibdir.İnsanları xaricdən gətirdiyiniz sintetklərlə xəstə salmısınız.Hanı ölkənin tekstil fabrik.kombinatları?Niyə bu sahə sabotaj edilib bu hala salınıb? Xammal ixracına son qoyulmalıdr.Hələ xaricdə Sokarın ikilmiş neftayırma zavodları niyə Azərbaycanda tikilməyib? Bunlara kimlər cavab verməlidirlər?Hanı maşınqayırma zavodları?Ona görə Azərbaycanda işsizlik dünyada ən yüksək həddə çatıb.Niyə hökumət bu vəziyyəti görməzdəm gəlir?