Menu

TADDEF sədri Fatih Portakala etiraz edib

19.05.2023, 18:15
TADDEF sədri Fatih Portakala etiraz edib

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal jurnalist Fatih Portakalın sosial media hesabından açdığı canlı yayımda səsləndirdiyi “Azərbaycandan Türkiyəyə dost olmayacaq” açıqlamasına münasibət bildirib.

“Azərbaycan can qardaşımızdır, AzərbaycanTurandır. Azərbaycan dostluğunu nəinki indi, Atatürkün zamanında da göstərib. Siz Azərbaycanı dost hesab etməyə bilərsiniz, amma türk millətinin gözündə Azərbaycan dostdan da artıqdır, qardaşdır. Azərbaycan türk Türkiyə ilə dost deyil, anası və atası bir olan iki qardaş dövlətdir. İki qardaş dövlətin vətəndaşları da əsl qardaşlardır”, - deyə Sərdar Ünsal bildirib.

“Biz Azərbaycanın cənubu ilə də, şimalı ilə də qardaşıq" - deyən Sərdar Ünsal Fatih Portakala Azərbaycandan və azərbaycanlılardan üzr istəməyi tövsiyə edib.

Məqaləni daha geniş şəkildə aşağıdakı linkdən oxuya bilərsiniz:

https://www.igdirim76.com/serdar-unsal-dan-fatih-portakal-a-tepki-azerbaycan-candir/8550/

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol