Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcəkdir.
“Report” xəbər verir ki, bu, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrikində yer alıb.
"Qarşıdan gələn ildə təhlükəsizlik və iqtisadi əməkdaşlığımızın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığımızı daha da gücləndirməyi həvəslə gözləyirəm", - Bayden qeyd edib.


Şərhlər
Azərbaycanın ərazi bütövlüyü söz konusu olmayacaq-nəyə görəsə "sevilən" ermənilərə qaragözlük şəraiti yaradılmayacağı şərtiilə ədalətli sülh olacaq-necə ola bilər Ukraynaya bir münasibət--Azərbaycana gələndə başqa mahılar sifariş edilir?? Qarabağ qiyamətə qədər--hətta ondan sonra belə Azərbaycanın olacaq-necə ki Nuyyork Amerikanındır