ABŞ Prezidenti Co Bayden G7-nin Xirosima sammitində dünya liderlərinə bildirib ki, o, ukraynalı pilotların Amerika “F-16” qırıcılarında təlim keçməsini təsdiqləyəcək.
“AzPolitika.info” xəbər verir ki, bubarədə “AssociatedPress” və CNN mənbələri məlumat verib. İddia olunur ki, pilotların hazırlığı Avropada baş tutacaq və yaxın həftələrdə başlaya bilər. Bu barədə Ağ Evdən rəsmi açıqlamalar hələ ki, dərc edilməyib.
“The Guardian” yazır ki, Bayden həm “F-16”, həm də digər dördüncü nəsil qırıcılarda pilot hazırlığını təsdiq edəcək. Buraya həmçinin Britaniyanın “Eurofighter Typhoon” və “Fransız Mirage 2000” daxildir.
CNN daha əvvəl yazmışdı ki, ABŞ administrasiyası “F-16”ların üçüncü ölkələr tərəfindən Ukraynaya verilməsinə etiraz etməyəcək. Kiyevi döyüş təyyarələri ilə təmin etməkdən imtina etdiyinə görə Ağ Ev təkcə avropalı müttəfiqlərin deyil, həm də ABŞ Konqresinin üzvlərinin təzyiqləri ilə üzləşib.
Kiyevə nə vaxt, haradan və neçə qırıcı təhvil veriləcəyini Bayden pilotların təlimi başlayandan sonra açıqlamaq niyyətindədir.
Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə tərəfdaş ölkələrdən Ukrayna səmasını qorumaq üçün döyüş təyyarələrinin tədarükü tələb edib.
Cümə günü o, Tvitter hesabında yazıb: “Mən ABŞ və POTUS-un Xirosimada keçirilən G7 sammitində beynəlxalq döyüş koalisiyasına dəstək verməklə bağlı tarixi qərarını alqışlayıram".
Prezident aparatının rəhbəri Andrey Yermak bildirib ki, Zelenski bu gün sammitdə şəxsən iştirak etmək niyyətindədir.
“AzPolitika.info”


Şərhlər