Menu

ABŞ rus milyarderinə qarşı sanksiyaları götürdü - Karaçinskiyə niyə güzəşt edilib?

20.05.2023, 12:49
ABŞ rus milyarderinə qarşı sanksiyaları götürdü - Karaçinskiyə niyə güzəşt edilib?

ABŞ Maliyyə Nazirliyi IBS qrupunun həmtəsisçisi Anatoli Karaçinskini sanksiyalar siyahısından çıxarıb. Müharibə başlayandan bəri ilk dəfədir ki, Rusiyanın iri biznesmeninə qoyulan məhdudiyyətlər götürülür. Qərarın səbəbləri açıqlanmır.

Karaçinski ötən ilin aprelində “Otkritie Bank”ın Müşahidə Şurasının üzvü kimi sanksiyaya məruz qalıb. Bir neçə gün sonra iş adamının istefa verdiyi məlum olub. Sanksiyalara məruz qaldıqdan sonra Karaçinski IBS-nin direktorlar şurasını tərk etdi, sonra isə səhmlərini rəhbərliyə sadıb.

IBS 1992-ci ildə yaradılıb. Şirkət, digər işlərlə yanaşı, proqram təminatının hazırlanması, biznes proqramlarının tətbiqi və digər İT həlləri ilə məşğuldur.

“Forbes”ə görə, 2021-ci ildə Karaçinski Rusiyanın ən zəngin iş adamları siyahısında 149-cu yeri tutub. Onun sərvəti 800 milyon dollar qiymətləndirilirdi. Sahibkar Ukraynanın da sanksiyaları altındadır. Digər ölkələr Karaçinskiyə qarşı məhdudiyyətlər tətbiq etməyib.

Müharibə başlayandan sonra nə ABŞ, nə də Avropa ölkələri Rusiyanın böyük iş adamlarına qarşı sanksiyaları qaldırmayıb. “Bloomberg”in məlumatına görə, ötən ilin iyun ayında 40-a yaxın rusiyalı sanksiyalardan çıxmaq xahişi ilə Aİ orqanlarına müraciət edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol