Menu

Qırğızıstanlı gəncin velosipedlə həcc ziyarəti - VİDEO

20.05.2023, 22:23
Qırğızıstanlı gəncin velosipedlə həcc ziyarəti - VİDEO

“Gündə təqribən 130-140 km yol qət edirəm, inşallah, 40 günə Məkkəyə çataram”.

Bunu Baku TV-yə açıqlamasında velosipedlə Həcc ziyarətinə gedən qazaxıstanlı gənc Tacıməhəmməd Erməhəmmədoğlu deyib.

O, 2,5 ildir bu səyahətə hazırlaşdığını deyir:

“Xüsusi çadır, yataq dəsti, yemək və isti çay hazırlamaq üçün qaz sobası götürmüşəm. Küçədə, hərdən restoranlarda, məsciddə yatıram”.

Ətraflı videonu təqdim edirik:

Şərhlər

dadaşyev 2023-05-21 00:59:55

Əslində,babalarımız nənələrimiz həccə yarı piyada,yarı arabayla,atla-filanla getmişlər,yəni ora gedib qayıdana qədər nə qədər şəhərlərdən,kəndlərdən keçiblər,nə qədər müxtəlif xalqların nümayəndələriylə görüşüb söhbət etmişlər.”Çox oxuyan çox bilməz,çox gəzən çox bilər” boşuna deməyiblər.Ona görə bizə o kütləvi savadsızlıqlarıyla o cür mükəmməl dastanlar,əfsanələr,atalar sözləri,zərb-məsəllər qoyub gediblər,çünki dünyagörüşləri böyük olub.Yoxsa on min dollarını ver Ruhani İdarəsinə,otur təyyarəyə,uç Məkkəyə,orada da beşulduz otellərdə qal,Kəbənin ətrafına dolan gəl,ol hacı və min təyyarəyə,qayıt gəl.Nolsun yəni?28 dəfə də getsən dünyagörüşün elə həminki qədər qalacaqsa onca pullarını niyə mollaların cibinə axıdırsan?Ondansa o pullarla hər ildə heç olmasa bir dəfə bir yetimxanada bədbəxt uşaqlara bolluca yemək-içmək,əyin-baş al,sevindir onları,vallah min qat artıq hacılığa çatarsan Allahın nəzərində.Bu adam velosipedlə gedir həccə,demək ki,mahiyyətini anlayıb həccin.Bizdə hələ ki yollar bağlıdı,bu adam bizdən olsaydı gərək AZAL-la Gürcüstana uçaydı,həm də mütləq AZAL-la,çünki rəqabət olmasın deyə ikinci təyyarə sistemimiz yoxdu,yesən də budu yeməsən də.Gürcüstanda da təyyarədən velosipedini götürüb ya Allah,birbaş Məkkəyə.Yox,elə velosipedi də Gürcüstandan alsın,orda velosiped də bizdəkindən ucuzdu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol