Menu

Metroda qəzet satışına birdəfəlik son qoyuldu

14.11.2013, 18:24
Metroda qəzet satışına birdəfəlik son qoyuldu

Mətbuat yayımı ilə məşğul olan “Metroservis”in köşkləri metro keçidlərindən yığışdırılır. Xatırladaq ki, bir ay öncə sözügedən firma “Yeni Müsavat”, “Azadlıq” və digər qəzetlərin yayımından imtina etmişdi. Noyabrın 14-dən isə “Metroservis”in fəaliyyətinə xitam verilib.

Firmanın rəhbəri Bəkir Cəfərov xəbəri “musavat.com”a təsdiqləyib. O, bildirib ki, artıq firmanın fəaliyyətinə xitam verilib, bütün redaksiyalara məktub göndərilib ki, noyabrın 15-dən onlara qəzet verilməsin. Həmçinin Rusiyadan gələn qəzet və jurnalların da qəbulu dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol