Menu

Naxçıvanda ağır yol qəzasında ölənlərdən biri polis mayoru olub - FOTO

21.05.2023, 15:54
Naxçıvanda ağır yol qəzasında ölənlərdən biri polis mayoru olub - FOTO

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.

"Report"un yerli bürosu xəbər verir ki, yol qəzası bu gün səhər saatlarında Naxçıvan-Batabat magistral yolunun Vayxır kəndindən keçən hissəsində qeydə alınıb.

Naxçıvan MR DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, mayın 21-də Şahbuz rayonu Vayxır kəndi ərazisində 1971-ci təvəllüdlü Bəxtiyar Şirinovun idarə etdiyi “Lifan” markalı avtomobilin aşması nəticəsində özü və avtomobildə olan 1982-ci il Zahir Səfərov dünyasını dəyişib.

Z.Səfərov polis mayoru olub, rayon RPŞ-də xidmət edirdi.

Araşdırma aparılır.

Şərhlər

Yetmalı 2023-05-21 16:41:09

Özü heç,əsas odurki polis əməkdaşı ölüb,özü də mayor....,polis böyük adamdır,digərləri yox....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol