Menu

ABŞ Dövlət Departamentindən yeni helikopter açıqlaması

20.11.2014, 12:14
ABŞ Dövlət Departamentindən yeni helikopter açıqlaması

“Biz anlayırıq ki, helikopterin vurulduğu əraziyə daxil olmaq mümkünsüz ola bilər. Bununla belə, məsələ ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır”.

APA-nın xəbərinə görə, bunu ABŞ Dövlət Departamenti sözçüsünün müavini Ceff Ratke jurnalistlərin ATƏT-in monitorinq qrupunun Ermənistana məxsus helikopterin vurulduğu əraziyə daxil olub-olmaması imkanları ilə bağlı sualını şərh edərkən deyib.

“Biz hesab edirik ki, bu, münaqişənin sülh yollu ilə həlli üçün səylərin artırılmasının vacibliyini xatırladan bir hadisədir. Bundan artıq heç nə diyə bilmərəm”, - deyə C. Ratke vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol