Menu

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində 3 medal qazanıb

21.05.2023, 23:18
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində 3 medal qazanıb

Azərbaycan cüdoçuları mayın 20-21-də İspaniyanın Malaqa şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirində 3 medal qazanıb. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıb. Turnirin ikinci günündə isə +100 kq. çəkidə Kənan Nəsibov gümüş medala layiq görülüb. -81 kq. çəkidə Ömər Rəcəbli yarışı 5-ci yerdə başa vurub.

Cüdoçularımız turnirdə ümumilikdə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq oğlanlar arasında dördüncü, ümumi komanda hesabında beşinci yeri tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol