Menu

Brenda Şafer Əhməd Obalıya hücumu pisləyib - “İran qətlin astanasındadır”

22.05.2023, 00:53
Brenda Şafer Əhməd Obalıya hücumu pisləyib - “İran qətlin astanasındadır”

ABŞ-ın Hərbi Dəniz Donanması Ali Məktəbinin professoru Brenda Şafer Çikaqo şəhərində yaşayan Güney azərbaycanlı, GunAzTV-nin rəhbəri Əhməd Obalıya qarşı hücumu kəskin pisləyib.

“Report” xəbər verir ki, o, bu barədə tviterdəki hesabında yazıb.

“İran qətlin astanasındadır. Son iki həftə ərzində İranda 60-dan çox adam, o cümlədən İsveç vətəndaşı Həbib Çaab edam edilib. Bu həftəsonu Kaliforniyada Əhməd Obalıya sui-qəsd cəhdi olub. Obalı Çikaqodan İrana yayımlanan televiziya kanalını idarə edir”, - Brenda Şafer qeyd edib:

“Son iki həftədə İranda edam edilənlərin əksəriyyəti etnik azlıqlardandır”.

O, qeyd edib ki, həyatına sui-qəsd edilən Əhmad Obalı Kaliforniyadakı azərbaycanlıların rəhbəridir: “İran rejimi ABŞ və avropalılara hücum etməkdən çəkinmir”.

Xatırladaq ki, Əhməd Obalı ötən gün bir neçə nəfərin hücumuna məruz qalıb. O, hücum zamanı ağır xəsarətlər alıb. Hazırda durumu orta-ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol