Menu

“Ermənistanın ərazi iddiaları qalır, sadəcə formalar dəyişir” – “Bu, bizim üçün qəbuledilməzdir”

22.05.2023, 12:57
“Ermənistanın ərazi iddiaları qalır, sadəcə formalar dəyişir” – “Bu, bizim üçün qəbuledilməzdir”

“Ermənistanın Baş naziri Nikol Paşinyanın prinsipial məsələ adlandırdığı elə Qarabağ məsələsidir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamalarını “Yenisabah.az”-a şərh edərkən bildirib.

Xatırladaq ki, erməni Paşinyan partiya rəhbərliyi ilə görüşdə “İrəvan üçün prinsipial məsələlərdə heç nəyə nail olmaq mümkün deyil və Azərbaycanla razılaşmaq mümkün olmayıb” deyib.

F.Şəfiyev bildirirb ki, bu gün ermənilər üçün Qarabağda erməni azlığının yaşadığı ərazilərlə bağlı məsələ gündəmdə qalır: “Doğrudur, onlar deyirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və s. Hətta Şarl Mişelin bəyanatında ərazilərimizi göstərməklə də faktiki olaraq Azərbaycanın Qarabağ üzərindəki suverenliyini qəbul edirlər. Amma biz görürük ki, digər cəhdlər və Qarabağ məsələsi haqqında yeni bir mexanizmin yaradılması təşəbbüsləri var. Düzdür, bu, ATƏT-in Minsk qrupu formasında olmasa belə, erməni tərəfi təkid edir ki, Bakı və Xankəndi arasındakı dialoq beynəlxalq çərçivədə getsin, hansı ki, bu da bizim üçün qəbuledilməzdir”.

Analitikə görə, ikinci məsələ isə yenə də ərazilər - anklav məsələsidir: “Onlar iddia edirlər ki, guya biz 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrındakı əməliyyatlar nəticəsində yeni ərazilər əldə etmişik və s. Bu məsələ delimitasiya prosesində həll olmalıdır. Anklavlarımız da 1991-ci ildə işğal olunub. Qısası, biz yenə də ərazi iddialarına qayıdırıq və ermənilər tərəfindən ərazi iddiaları qalır, sadəcə formalar dəyişir”.

“Mənim Ermənistan və Azərbaycan arasındakı sülh prosesi ilə bağlı araşdırmam var. Orada 3 mərhələni qeyd etmişəm: birincisi uğursuz “Miatsum” hərəkatı idi; sonra ermənilər müstəqillik dövründə xalqların öz müqəddəratını seçməyi prinsipini irəli sürdülər - onu da biz 2020-ci ildəki 44 günlük müharibədə darmadağın etdik; üçüncü mərhələ isə xilas naminə ayrılmadır. Ermənilər belə bir prinsipi uydurub ortaya atıblar ki, guya Qarabağ ermənilərini soyqırım gözləyir. Ona görə də bu və ya digər formada bunu irəli çəkirlər”, – deyə Fərid Şəfiyev vurğulayıb.

Təhlilçi əlavə edib ki, bu günlərdə Ermənistan yenə də Laçın yolui ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

“Bütün bu iddialar da bu məqsədə xidmət edir. Ona görə də bu məsələlər gündəmdə qalır. Mən buna pessimist yanaşmıram, çünki müəyyən proseslər baş verir, danışıqlar gedir. Deməzdim ki, sülh sazişi sənədinin perspektivi yoxdur”, - o, yekunlaşdırıb.

“AzPolitika.info”

Şərhlər

Eli 2023-05-22 14:35:30

Son 30 ilin tecrübesi gösterdi ki ,Minsk Qrupu ölkeleri başda olmaqla xristian dünyası ancaq Ermenistanı müdafie etmekle mrşpul olun ve Demokrstiya,Edalet ve İnsan haqqlatı barede danışmaq isr ram menasuz bir işdir.Yeni bu edaletsiz düntadd blzim yanımızda ancaq Qardaş Türkiye oldu.Dünya ermenini mğdafie etdi Haqqı yıx.Biz bu tarixi fürsetin müsbet helline nail olmalıyuq ve olacsyıq da İnşeallah.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol