Menu

Paşinyan Rusiyadan tədarük olunmayan silahlardan danışıb

22.05.2023, 15:56
Paşinyan Rusiyadan tədarük olunmayan silahlardan danışıb

Rusiyadan tədarük olunmayan silahların pulunun qaytarılması məsələsini müzakirə etmək yersizdir.

APA xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Paşinyan bu məsələnin üzərində işlərin görüldüyünü bildirib və bu səbəbdən hələlik proses barədə danışmağın düzgün olmadığını vurğulayıb.

Baş nazir onu da əlavə edib ki, söhbət bir neçə yüz milyon dollarlıq silahdan gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol