UKRAYNA TANKLARI RUSİYA ƏRAZİSİNDƏ - Belqorodda nə baş verir? + VİDEO

Ötən gündən başlayaraq, Rusiyanın Ukrayna ilə həmsərhəd Belqorod vilayətində maraqlı hadisələr baş verir. 

“AzPolitika.info” rusiya və Ukrayna mətbuatına istinadla xəbər verir ki, əvvəlcə Belqorodun Qolovçino kəndinin administrasiya binasına dron hücumu baş verib. Daha sonra Rusiya mətbuatı xəbər yaydı ki, ukraynalılar Belqorod ərazisində Rusiya sərhədini yarmağa hazırlaşırlar.

Bu gün səhər Rusiya KİV-ləri xəbər verdilər ki, Rusiyanın “Qrayvoron” sərhəd-keçid məntəqəsi mühasirəyə alınıb. Hazırda isə diversiya qrupunun Belqorod vilayətinin Qora-Podol kəndini ələ keçirdiyi və Qrayvoron yaşayış məntəqəsinə doğru hərəkət etdiyinə dair məlumatlar və videogörüntülər yayılır.

Ukrayna tərəfi Rusiya ərazisində diversiya qruplarının əməliyyat keçirdiyini təsdiqləyib və bildirib ki, bu əməliyyatlarda iştirak edənlərin hamısı Rusiya vətəndaşlarıdır və Ukrayna Silahlı Qüvvələrilə birgə döyüşən “Rusiya könüllüləri korpusu”nun üzvləridir.

Xəbərdə bildirilir ki, ərazidə ağır döyüşlər gedir və yaxınlıqdakı Kozinka kəndinin əhalisi evakuasiya olunur. Belqorod qubernatoru Vyaçeslav Qladkov ərazidə döyüşlər getdiyini və kəndlərə hücum edildiyini təsdiqləyib.

Rusiya “telegram” kanalları Rusiya ərazisinə daxil olan Ukrayna tanklarının görüntülərini yayımlayıblar. İddia olunur ki, bu tanklar və bir neçə digər zirehli texnika sərhəd-keçid məntəqəsinə hücum edib və Rusiya ərazisində hərəkətlərini davam etdiriblər.

Kremlin sözçüsü Dmitri Peskov Belqorodda baş verənlərlə bağlı Putinin məlumatlandırıldığını deyib və bildirib ki, Ukraynaya aid diversiya qruplarının məqsədi Baxmutdakı məğlubiyyətin təsirini azaltmaqdır. Qondarma “dnr”-in sabiq “müdafiə naziri” İqor Strelkov isə bildirib ki, bu əməliyyat Ukrayna əks-hücumu öncəsi Rusiya qüvvələrini çaş-baş salmaq məqəsədi daşıyır.

“AzPolitika.info”  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar