Menu

Mövlud Çavuşoğludan ABŞ-dakı Türk Evinə hücumla bağlı açıqlama

22.05.2023, 21:09
Mövlud Çavuşoğludan ABŞ-dakı Türk Evinə hücumla bağlı açıqlama

"ABŞ-dan Nyu Yorkdakı Türk Evinə hücumun səbəbkarlarını tezliklə müəyyənləşdirməsini gözləyirik".

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.

O, paylaşımında qeyd edib ki, Nyu Yorkdakı Türk Evinə mənfurcasına hücum nəticəsində birinci mərtəbənin pəncərələrinin şüşələri sınıb: "Biz ABŞ-dan hücumun səbəbkarlarını tezliklə müəyyənləşdirməsini və ev sahibi ölkə kimi diplomatik nümayəndəliklərimizə lazımi müdafiəni təmin etməsini gözləyirik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol