Menu

“Paşinyanın yanaşmasını qəbul etmirik...” - Separatçılar qorxuya düşüblər

23.05.2023, 10:59
“Paşinyanın yanaşmasını qəbul etmirik...” - Separatçılar qorxuya düşüblər

Nikol Paşinyanın Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü Qarabağla birgə tanımağa hazır olduğunu bəyan etməsi Ermənistandakı revanşist qüvvələri və Qarabağdakı qondarma separatçı rejimin tör-töküntülərini hərəkətə gətirib. 

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, separatçı qurumun sabiq “prezidentləri” və hərbi canilər Arkadi Qukasyanla Bako Saakyan birgə bəyanatla çıxış ediblər: “Ermənistan Respublikası hakimiyyətinin “artsax” üçün taleyüklü məsələlərdə Azərbaycanın istəklərinə qeyd-şərtsiz tabe olan davranış və yanaşmaları qəbuledilməzdir”.

Onlar bəyanatlarında bildiriblər ki, Ermənistanın qondarma separatçı qurumun “daxili işlərinə” qarışması düzgün deyil.

Ötən gün qondarma rejimin hazırkı “parlamenti” də eyni mahiyyətli bəyanatla çıxış edib. Orada göstərilir ki, guya Qarabağdakı ermənilər Paşinyanın son bəyanatını “böyük hiddətlə” qarşılayıblar. Qeyd olunur ki, Paşinyanın ərazi bütövlüyünü Qarabağla birgə tanıması Ermənistan konstitusiyasına və qondarma qurumun özünün “konstitusiya” adlandırdığı cızma-qarasına ziddir.

Qeyd edək ki, separatçıların bu cür şüvən salması təsaüfü deyil. Prosesin onların qandanlamasına qədər davam edəcəyindən qorxuya düşüblər.

Xatırladaq ki, ötən gün İrəvanda keçirdiyi mətbuat konfransında Baş nazir Nikol Paşinyan deyib ki, Ermənistan Azərbaycan ərazisini 86,6 min kv.km olaraq tanıyır və bura Qarabağ da daxildir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol