Baş nazir Nikol Paşinyanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatı fonunda Ermənistan müxalifəti küçə aksiyaları keçirməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə keçirilən brifinqdə deputat, “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.
"Dünən Paşinyan Qarabağın təslim ediləcəyini, həmçinin bunun tarixini açıqladı. Bunun qarşısını almaq üçün 5-6 ay vaxtımız var. Bəli, etiraz aksiyaları, itaətsizlik aksiyaları planlaşdırırıq".
Saqatelyan əlavə edib ki, indiki vəziyyətdə “xalqın indiki hakimiyyətə qarşı üsyan etməkdən başqa yolu yoxdur”.
Xatırladaq ki, Paşinyan dünən bildirib ki, Ermənistan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq.


Şərhlər
taxdabaşlar ne yapsanızda bilin ki Qarabağ-Şuşa Qiyamət gününə qədər və hətta ondan sonra belə Azərbaycanın olacaq. Edə biləcəyiniz nə olur olsn heç nə dəyişməyəcək. Azərbaycan və Azərbaycanlıları yuxudan ayıltmısınız--nə itaətsizliyiniz nə mitinq və çaxnaşmalar nədə müharibə belə Azərbaycanlıların vecinə deyil--qana qan, müharibəyə müharibə, ölümə ölüm Qarabaş-Şuşa Azərbaycanın olacaq əsla sizə vermərik. Taxdabaşlar nə ğzünüz yaşadınız nə də "qonşunuzu" qoyursunuz yaşamağa, çünki insan deyilsiniz-adam deyisiniz