Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvünün təyin edilməsi haqqında sərəncam imzalayıb.
Musavat.com-un AzərTac-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən Sona Məhəmməd qızı Vəliyeva 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.
Qeyd edək ki, Sona Vəliyeva Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun həyat yoldaşıdır.


Şərhlər