Menu

Vəfat edən şəxsin ipoteka krediti borcunun ödənilməsi qaydası müəyyənləşib - QƏRAR

23.05.2023, 19:32
Vəfat edən şəxsin ipoteka krediti borcunun ödənilməsi qaydası müəyyənləşib - QƏRAR

Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək.

Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında bununla bağlı qərar qəbul edib.

Qərara əsasən, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Eyni zamanda Mülki Məcəllə və “İpoteka haqqında” qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.

Şərhlər

dadaşyev 2023-05-24 14:47:30

Aaaa!Nədəəbu?Yəni banka borcun olduğu halda ölmüsənsə bankir səni qəbirdə də rahat qoymayacaq,mirasın borcunu ödəməyə yetdisə nə yaxşı,rahat çürüyə bilərsən qəbirdə,yox əgər ödəməyə yetməzsə qəbrini qazıb meyitinin büründüyü kəfəni də alacaqlar.Qatır Məmməd Böyük Britaniya kraliçasının generalına ona görə deyir də,”Bizdə adam pensiyaya çıxhaçıxda ölsə pensiya fonduna yığıdığı puldan bircə manat da olsa vərəsələri görsə qulaqlarının dibini görərlər,bankirə borclu olaraq ölənin isə qəbrini də qaşqaldaq eliyərlər”.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol