Menu

Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur

24.05.2023, 08:53
Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur

Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur və Şimali Atlantika Alyansının ölkədə nümayəndəliyinin açılması ilə bağlı qərar hələ verilməyib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Fumio Kisida parlamentin yuxarı palatasının plenar iclasında deputatların suallarını cavablandırarkən deyib.

“Yaponiyanın NATO-ya nə daimi, nə də assosiativ üzv kimi daxil olmaq planı yoxdur”, - o vurğulayıb.

Yaponiyada alyansın nümayəndəliyinin açılmasının mümkünlüyünə toxunan hökumət başçısı qeyd edib ki, bu mövzu müzakirə olunur, lakin indiyə qədər heç bir qərar qəbul edilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol