2022-ci ilin sonuna “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin debitor borcu 136,4 milyon manat təşkil edib.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və "2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata" verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, 2021-ci ilin sonu ilə müqayisədə 122 milyon manat və yaxud 9,5 dəfə çoxdur.


Şərhlər
Burada iki səbə var: Birinci işçilərinin sayına və təyin etdikləri maaşların həddinə diqqət etsinlər.Deməli ayaqlarını yorğanıarına görə uzatsınlar.İkincisi isə faydalı,gəlir gətirən işlərlə məşğul olsunlar və sahəyə uyğun,təcrübəli işçilər cəlb etsinlər. Bu zaman onların çətinliyi aradan qalxar.