“Deyəsən Rumıniya vətəndaşı olan Moldova Prezidenti Maya Sandunun başında nəsə (problem) var. Rusiya Federasiyası İstintaq Komitəsinin Sanduya qarşı Rusiya Prezidentini həbslə təhdid etdiyinə görə cinayət işi qaldırmaq üçün bütün əsaslar var”.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Rusiya Federasiya Şurası Beynəlxalq Komitəsinin sədr müavini Vladimir Cabarov bəyan edib.
Rusiyalı senator iddia edib ki, Moldova iqtisadiyyatı bütünlükə Rusiyadan asılıdır və M.Sandu bunu unutmamalıdır.
Qeyd edək ki, ötən gün Prezident M.Sandu Vladimir Putinin Moldovaya gələcəyi təqdirdə həbs ediləcəyini bildirib. Prezident bunu onunla izah edib ki, Moldova Beynəlxalq Məhkəmənin qərarını icra etməyə borcludur.
“AzPolitika.info”


Şərhlər