Menu

Türkiyədən Azərbaycana idxal olunan malların bahalaşmasının səbəbi açıqlanıb

24.05.2023, 14:52
Türkiyədən Azərbaycana idxal olunan malların bahalaşmasının səbəbi açıqlanıb

Türkiyədən Azərbaycana idxal olunan mallarının dəyərinin yuxarı olması həmin malların burda da bahalaşmasına səbəb olub.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

“Ötən il Türkiyə ilə 5,8 milyard ABŞ dollarlıq ticarət dövriyyəmizin 2,3 milyard ABŞ dollarlıq hissəsi Türkiyədən Azərbaycana idxal edilmiş məhsullar üzrə olub. Bu məhsulların çoxu əczaçılıq, geyim, tekstil, sənaye məhsulları və maşın avadanlıqları olub. Türkiyədə ötən il inflyasiya 70 %-dən yuxarı olub. Bu, ordan Azərbaycana idxal edilən malların da qiymətinə təsir edib”, - deyə E.Əliyev bildirib.

Nazir müavini əlavə edib ki, ərzaq məhsullarında inflyasiyaya səbəb odur ki, Azərbaycanın bu sahədə əsas tərəfdaşları Rusiya və Qazaxıstandır: "Həmin bazarlarda isə hazırda məhdudiyyət və qadağalar var".

Şərhlər

Cavanşir 2023-05-24 17:16:57

Nə qədər yalanlarla bahalaşmaya haq qazandıracaqsınız? Türiyədən və digər xarici ölkələrdəən idxal amerika dolları və ya Yevro ilə hesablaçaraq gətirilir.Əgər AZərbaycanda bu valyutalar Mİlli Bankln hesabı üzrə dəyəiridəyişmirsə,(yəni üç ildir dollar 1.7 manat hesabı ilə alınır.satılır.) bu bahalaşmanın baş verməsi yanlış və milləti aldatmaq deyilmi? Çünki Türkiyədə mallar devalvasiyaya görə daxili türk lirəsi üzrə dəyişir.İxracda bunun mənası olmur! Milləti aldadaraq hər gün qiymət artıına getmək əhaliyə genosid etməkdir!.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol