Menu

"Azərbaycan hücum etsə, KTMT 30 "güclü müşahidəçi" göndərəcək..." - Paşinyan

24.05.2023, 18:37
"Azərbaycan hücum etsə, KTMT 30 "güclü müşahidəçi" göndərəcək..." - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan ilk dəfə olaraq KTMT-nin Ermənistana göndərməyə hazır olduğu müşahidəçilərin sayını açıqlayıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Baş nazirin sözlərinə görə, söhbət monitorinq missiyasının 30 üzvündən gedir.

O, parlamentdə bəyan edib ki, Azərbaycanla gərginlik zamanı Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətlə dialoq aparır.

“Eyni zamanda, Ermənistanda belə bir fikir inkişaf edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımırıq, lakin Azərbaycan hücum etsə, KTMT bizim müdafiəmizə qalxacaq və 30 "güclü müşahidəçi" göndərəcək”, - o deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol