Menu

Türkiyə Kubokunda ilk finalçı məlum oldu - VİDEO

25.05.2023, 00:25
Türkiyə Kubokunda ilk finalçı məlum oldu - VİDEO

Türkiyə Kubokunda ilk finalçı müəyyənləşib. Oxu.Az xəbər verir ki, “Fənərbağça” yarımfinalda “Sivasspor”la güclü olaraq həlledici oyunda iştirak etmək hüququ qazanıb.

Səfərdə rəqibi ilə qolsuz heç-heçəyə razılaşan Xorxe Jezuşun komandası öz meydanında böyük hesablı qələbə qazanıb - 3:0.

“Fənərbağça”ya qələbə qazandıran qolları Ferdi Kadıoğlu, Mişi Batşuayi və Coşua Kinq vurublar. Komandanın finaldakı rəqibi ya “Başakşehir”, ya da “Ankaragücü” olacaq. İlk görüşdə “Başakşehir” minimal hesablı qələbə əldə edib - 1:0.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol