Menu

Ukrayna HHM qüvvələri ötən gecə 36 İran PUA-sını məhv edib

25.05.2023, 10:15
Ukrayna HHM qüvvələri ötən gecə 36 İran PUA-sını məhv edib

Ukrayna hava hücumundan müdafiə (HHM) qüvvələri ötən gecə Rusiya Silahlı Qüvvələrinə məxsus 36 ədəd İran istehsalı olan pilotsuz uçuş aparatı (PUA) məhv edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) mətbuat xidməti bildirib.

Qeyd olunub ki, gecə ərzində Rusiya ordusu Ukraynanın qərb vilayətlərində mühüm infrastruktur və hərbi obyektləri hədəf alaraq 36 ədəd PUA ilə hücum təşkil edib və onların hamısı məhv olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol