Menu

"Əks hücum əməliyyatları başlayıb" - Rəsmi Kiyev elan edib

25.05.2023, 11:34
"Əks hücum əməliyyatları başlayıb" - Rəsmi Kiyev elan edib

“Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı artıq başlayıb”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.

O bildirib ki, bütün sərhəd xətti boyunca şiddətli döyüşlər gedir:

“Əks-hücum əməliyyatları artıq bir neçə gündür davam edir”.

Podolyakın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbə endirməyəcək:

“Biz yalnız işğal olunmuş ərazilərin işğaldan azad edilməsi üçün çalışırıq. Biz silahlarda Donbas və Krımda Rusiyanın mövqelərini məhv etmək üçün istifadə edirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol