Menu

“Suriyaya keçmək istəyən azərbaycanlıların məsələsi araşdırılır” - XİN

20.11.2014, 13:44
“Suriyaya keçmək istəyən azərbaycanlıların məsələsi araşdırılır” - XİN

Azərbaycan vətəndaşlarının Türkiyə ərazisindən Suiryaya keçmək cəhdi ilə bağlı məsələnin araşdırılması üçün Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliyi tərəfindən lazımlı tədbirlər görülür.

Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidməti rəhbərinin vəzifəsini icra edən Hikmət Haciyev deyib. “Hazırda məsələ araşdırılır. Bununla əlaqədar Türkiyənin rəsmi dövlət qurumları ilə təmaslar davam etdirdilir” – diyə o, söyləyib.

Xatırladaq ki, “İslam Dövləti” ("İŞİD") qruplaşmasına qoşulmaq üçün Suriyaya keçməyə cəhd etdikləri iddia olunan 4 Azərbaycan vətəndaşı Türkiyənin Kilis bölgəsində saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol