Pentaqon Kiyevin itirdiyi əraziləri yaxın gələcəkdə qaytara biləcəyinə şübhə edir

“Pentaqon Ukraynanın yaxın gələcəkdə itirilmiş əraziləri hərbi yolla qaytara biləcəyi ehtimalına şübhə edir”.

“Report” xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli deyib.

Onun sözlərinə görə, hazırda Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində bir neçə yüz min rus əsgəri var. Ona görə də Kiyev çətin ki, yaxın gələcəkdə bu ərazilərin hərbi yolla azad edilməsinə nail olsun.

“Bu nə deməkdir? Bu o deməkdir ki, döyüşlər davam edəcək, qanlı və çətin olacaq. Və nə vaxtsa tərəflər ya razılaşmanı işləyib hazırlayacaqlar, ya da gələcəkdə hansısa hərbi nəticə olacaq”.

O, ABŞ-ın gələcəkdə də Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar