"GÜCLÜ TÜRKİYƏYƏ DOĞRU YOLUMUZA DAVAM EDƏCƏYİK!" - Ərdoğan xalqa səsləndi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında mayın 28-də keçiriləcək prezident seçkiləri ilə bağlı paylaşım edib.

Ərdoğan 27 may tarixini Türkiyə demokratiyasının ən ağrılı kəsişmə nöqtələrindən biri adlandırıb.

O, ölkə vətəndaşlarına səslənib:

"27 may demokratiyamızın ən ağrılı kəsişmə nöqtələrindən biridir. 29 may İstanbulun fəthi ilə tariximizin ən mühüm zəfərlərindən biridir. Bu iki günün ortasına təsadüf edən 28 mayı xalq olaraq dərdimizdən dərs alacağımız, qələbələrimizlə fəxr edəcəyimiz bir bayrama çevirmək istəyirik.

85 milyon vətəndaşın həyatına töhfə verən xidmətlərimiz və 81 əyalətimizin hər qarışına toxunan işlərimizlə sözümüzün adamı olduğumuzu sübut etdik. İnanırıq ki, mayın 28-də "Türkiyə Əsri" boyunca bir araya gələrək böyük və güclü Türkiyəyə doğru yolumuza davam edəcəyik. Buradan “öncə ölkəm, millətim” deyən bütün vətəndaşlarıma səslənirəm. Gəlin Türkiyənin qarşısında yeni bir dövrün qapılarını birlikdə açaq

Ölkəmizin çoxəsrlik demokratiya və inkişaf nöqsanlarını 21 ildə birlikdə kompensasiya etdiyimiz kimi "Türkiyə Əsri"ni də birlikdə çiyinlərimizdə qaldıraq. 85 milyon olaraq birliyimizin, həmrəyliyimizin və əbədi qardaşlığımızın qayğısına qalaq. İstəyirik ki, mənşəyindən, əqidəsindən, məzhəbindən, siyasi seçimindən asılı olmayaraq, xalqımızın hər biri bu mübarək yürüşdə öz yerini tutsun. 28 may gecəsini yeni bir başlanğıca çevirmək üçün bizimlə olmağınızı gözləyirik. Ürəyimiz və qollarımız millətimizin bütün üzvlərinə açıqdır..."

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar