Mayın 26-da Rusiyanın cənubunda yerləşən Krasnodar şəhərinin mərkəzində səhər tezdən aradıcıl partlayışlar baş verib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə müvafiq görüntülər “Baza” “Telegram” kanalından paylaşılıb.
“Baza”nın məlumatına görə, şəhərə pilotsuz uçuş aparatları (PUA) tərəfindən hücum olub və nəticədə hava hücumundan müdafiə sistemləri işə düşüb.
Qeyd edək ki, kamikadzelərdən bir neçəsi ərazidəki binalara çırpılıb.
Hücumun Ukrayna ordusuna məxsus PUA-lar vasitəsilə edildiyi düşünülür.
“AzPoliitka.info”


Şərhlər
Rusiyanı çox çətin günlərin gözlədiyini təxmin edirəm çünki Amerika bala-bala ən təhlükəli və dağıdıcı silahlarını Ukraynaya göndərməyə başlayır bu isə putinin ..başı dərddə..deməkdir ,ha özünü o yerə qoymasın görək hara qədər bu davam edir?