Menu

"Yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər" - Kreml

26.05.2023, 14:18
"Yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər" - Kreml

"Yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq mümkündür".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov mayın 26-da jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, buna baxmayaraq kimsə tələsmir: "Necə deyərlər, qaçan yerimiz yoxdur".

Qeyd edək ki, mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli zirvə görüşü olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol