“Əliyevdən mənə heç bir mesaj gəlməyib” - Sinan Oğan iftiralara cavab verdi

Türkiyədəki seçkilərdə “ATA” İttifaqının ilk turda prezidentliyə namizədi Sinan Oğan, ötən gün “TRT Haber”ə müsahibəsində ikinci turda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana dəstəkləmək xahişi ilə Azərbaycan Prezidenti İlham Əliyevin ona zəng etməsinə dair iddiaların yalan olduğunu bəyan edib.

“AzPolitika.infoxəbər verir ki, Oğan Əliyevin Türkiyədəki prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddiaların böhtan olduğunu bildirib: “Əliyevdən mənə heç bir mesaj gəlməyib. Əliyevin heç belə bir təşəbbüs göstərə biləcəyi belə ağlımın ucundan keçməz. Bu, bizim Turançı ruhumuzla alınmış qərardır. Könül bağı başqa bir şeydir. Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin daxili işlərinə qarışa bilməz”.

Sinan Oğan həmçinin, neft quyularına sahib olmasıyla bağlı iddiaların da böhtan olduğunu bildirib: “Deyirlər ki, mənim neft quyularım var. Seçki avtobusumuzun benizini bitdi, yanacaqdoldurma məntəqəsinin sahibi dedi ki, “bizdən olsun”. Biz icarəyə götürdüyümüz avtobusumuzu istafadə edə bilmirdik. Bu iddialardan əl çəkin”.

Xatırladaq ki, Türkiyənin bəzi müxalif dairələri və qəzetləri Azərbaycan Prezidentinin Sinan Oğana zəng edərək, ondan ikinci turda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana dəstək istəməsi ilə bağlı əsasız, heç bir sübutu olmayan iddialar yayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar