"Ermənistanla Azərbaycan arasında yaxın zamanda sülh sazişi imzalana bilər" - Mövlud Çavuşoğlu

"Ermənistanla Azərbaycan arasında yaxın zamanda sülh sazişi imzalana bilər".

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

O bildirib ki, bəziləri Qarabağın işğaldan azad olunmasından narahatdır: “CHP sədri Kamal Kılıçdaroğlu təqdim etdiyi xəritədə Türk yolu Azərbaycan keçmir. Niyə? Azərbaycandan nə istəyirsiniz? Bunu sizdən Ermənistanmı istəyir" İnşallah, Türkiyə xalqı bütün bunlara layiqli cavab verəcək”.

M.Çavuşoğlunun sözlərinə görə, Ermənistan Azərbaycanla münasibətlərdə son zamanlar loyal addımlar atır: “Tərəflər artıq bir-birilərinin ərazi bütövlüyünü tanıyıblar. Əgər belə davam edərsə, yaxın zamanda sülh müqaviləsi imzalana bilər”.

XİN başçısı xatırladıb ki, mayın 28-i Azərbaycanın Müstəqillik Günüdür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar